...

“AGBank” ödəmə terminalları quraşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2013 14:35 (UTC +04:00)
Müştəri xidmətləri səviyyəsinin artırılması üçün “AGBank” bir sıra filial və şöbələrində (Baş ofis, Sahil, Azadlıq, İnşaatçılar, Nəsimi, Mərkəz, 1 Saylı Ekspress filiallarında və İqtisad, Çıraq şöbələrində) MilliÖN ödəniş terminalları quraşdırıb.
“AGBank” ödəmə terminalları quraşdırıb

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Müştəri xidmətləri səviyyəsinin artırılması üçün "AGBank" bir sıra filial və şöbələrində (Baş ofis, Sahil, Azadlıq, İnşaatçılar, Nəsimi, Mərkəz, 1 Saylı Ekspress filiallarında və İqtisad, Çıraq şöbələrində) MilliÖN ödəniş terminalları quraşdırıb. Bu barədə Trend-ə bankdan daxil olan məlumatda bildirilir.

Bundan sonra bankın müştərilər "AGBank" filiallarında MilliÖN - ödəniş köşkləri vasitəsi ilə kommunal ödənişləri, kabel və peyk televiziyası, İnternet provayderləri, mobil operatorları və Ekspress kreditləri ödəyə bilərlər. Kredit borcu ilə ödəniş həyata keçirmək üçün müştəri bankdakı öz eyniləşdirmə nömrəsini bilməlidir.

Kredit ödənişi nağd şəklində terminal vasitəsi ilə qəbul olunur. Yerindəcə, müştəri ödəniş qəbzi alır, və səhərsi gün, kreditin ödənişini təsdiq edən SMS bildiriş alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti