...

4 min litr sirkə məhv edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2013 17:13 (UTC +04:00)
Fiziki şəxs Kamil Hacıyevə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı həmin istehsalat sahəsində sirkə istehsalı üçün müvafiq avadanlıqların olmadığı və sirkə istehsal edilmədiyi halda, mənşəyi məlum olmayan, 0,5 və 3 litrlik plastmas qablarda qablaşdırılmış sirkələrin guya Kamil Hacıyev tərəfindən ona məxsus Abşeron rayon, Masazır qəsəbəsi, H.Aslanov küçəsi, ev 1 ünvanında yerləşən istehsalat sahəsində istehsal edildiyi barədə məhsulların etiketində yanlış məlumatların verildiyi müəyyən edilib.
4 min litr sirkə məhv edildi

Azərbaycan, Bakı, 15 may /Trend/

Fiziki şəxs Kamil Hacıyevə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı həmin istehsalat sahəsində sirkə istehsalı üçün müvafiq avadanlıqların olmadığı və sirkə istehsal edilmədiyi halda, mənşəyi məlum olmayan, 0,5 və 3 litrlik plastmas qablarda qablaşdırılmış sirkələrin guya Kamil Hacıyev tərəfindən ona məxsus Abşeron rayon, Masazır qəsəbəsi, H.Aslanov küçəsi, ev 1 ünvanında yerləşən istehsalat sahəsində istehsal edildiyi barədə məhsulların etiketində yanlış məlumatların verildiyi müəyyən edilib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən 4 min litr sirkə satışdan çıxarılıb və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti