...

AYİB Azərbaycan şirkətinin yeni istehsal xəttinə kredit ayıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2013 14:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir H.Vəliyev/

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın tikinti materialları istehsalçısı "Mətənət-A " şirkəti ilə gips-suvaq məhlulu və quru qarışıqların istehsalı üzrə yeni xətt üçün yeddi milyon avro həcmində kreditin ayrılması barədə saziş imzalayıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı AYİB-in yaydığı məlumatda bildirilir:

"AYİB-nin Azərbaycandakı fəaliyyətinin prioritetlərindən biri dinamik inkişaf edən xırda və orta müəssisələrə investisiyalar yatırmaq yolu ilə qeyri-neft özəl sektorunun artmasına dəstək olmaqdır".

Məlumatda bildirilir ki, "Mətanət A" yalnız inşaat sektorunun yüksək məhsul keyfiyyəti ilə təmin etməyə çalışan yox, həm də artıq idarəetmənin və korporativ idarəetmənin yüksək standartlarına öz sədaqətini nümayiş etdirən yerli müəssisədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti