Azərbaycan, Trend, 22 may /Trend/
"AGBank" yaxın vaxtlarda 5 mln. manat subordinasiya kreditinin cəlb etməklə, məcmu kapitalını 50 mln. manata çatdırmaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü bankdan daxil olan xəbərdə deyilir.
Artıq bu qərar səhmdarlar tərəfindən verilib və bankın İdarə Heyəti bununla bağlı Mərkəzi Banka müraciət edib. 2013-cü ilin aprel ayının yekunlarına görə, bankın aktivləri 403,2 mln manat təşkil edib. Cari ilin əvvəlindən etibarən "AGBank"ın aktivləri 17 faiz artıb.