...

"Bolkart"dan geyim və parfümeriya sahəsində "Yaya hazırlıq əyləncəsi" kampaniyası

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2013 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /Trend/

"Bank of Baku" və tərəfdaşları "Bolkart" sahibləri üçün "Yaya hazırlıq əyləncəsi" adlı kampaniyaya başlayırlar. Bu barədə cümə günü bankdan Trend-ə daxil olan məlumatda bildirilir.

Məlumata görə, 24-28 may tarixlərində "Bolkart"lıları 2 sürpriz gözləyir:

1) Yalnız bu tarixlərdə, yəni 5 gün ərzində "Bolkart"lılar "Bolkart" şəbəkəsindəki geyim və parfümeriya mağazaları ilə yanaşı, həm də "Mybrand's" şəbəkəsinə aid olan bütün mağazalarda, o cümlədən Sisley, United Colors of Benetton, Bebe, Coast, Nine West və s. mağazalarda alış-veriş edə biləcəklər;
2) "Bolkart" və "Mybrand's" şəbəkəsinə aid olan bütün geyim və parfümeriya mağazalarında ödəniş aylarının müddəti 3 aya uzadılır. Beləliklə, artıq alınmış malın dəyərini, misal üçün, 6 aya deyil, 9 aya ödəmək mümkündür.

"Yaya hazırlıq əyləncəsi" kampaniyasında iştirak edən mağazaların tam siyahısı ilə www.bolkart.az və www.facebook.com/Bolkart saytlarından tanış olmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti