...

Azərbaycan hökuməti yol nəqliyyat infrastrukturunun yaxşılaşdırılması məqsədi ilə torpaq sahələri alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2013 10:53 (UTC +04:00)
Nazirlər Kabineti dövlət ehtiyacları məqsədilə Nəqliyyat Nazirliyinə torpaq sahələrini almağı tapşırıb.
Azərbaycan hökuməti yol nəqliyyat infrastrukturunun yaxşılaşdırılması məqsədi ilə torpaq sahələri alacaq

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir E.Əliyev/

Nazirlər Kabineti dövlət ehtiyacları məqsədi ilə Nəqliyyat Nazirliyinə torpaq sahələrini almağı tapşırıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Nazirlər Kabinetinin onun saytında yerləşdirilən qərarında bildirib.

Nazirlər Kabinetinin 24 may 2013-cü ildə qəbul etdiyi qərara əsasən, Azərbaycan ərazisində yol nəqliyyat infrastrukturu sahəsində aparılan tikinti və yenidənqurma işləri zamanı tikinti altına düşən xüsusi, bələdiyyə mülkiyyətində olan və üzərində istifadə və icarə hüquqları olan dövlət mülkiyyətindəki torpaqları dövlət ehtiyacları üçün alan orqan Nəqliyyat Nazirliyi müəyyən edilib.

Qərara əsasən, Nazirlər Kabineti Nəqliyyat Nazirliyinə tapşırıb ki, torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etsin.

Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti