Azərbaycan, Bakı, 27 may /Trend/
"NBC Bank" ASC daim müştəri məmnuniyyətini diqqət mərkəzində saxlayan, əhalinin rifah səviyyəsinin yüksəlməsinə öz töhfəsini verən bank Iyun-Iyul 2013-cü il aylarında xüsusi olaraq tibb və polis işçiləri üçün "Pul krediti" məhsulu üzrə faizlərində və bank xərclərində güzəşt tətbiq edəcəkdir.
Belə ki, kampaniya ərzində kredit götürən tibb və ya polis işçilərinə bank tərəfindən pul kreditini almaq istəyən hər iki peşənin nümayəndəsi illik 3% güzəşt, bank xərclərində isə 25% endirim tətbiq olunacaqdır. Eyni zamanda polis işçilərinə arayışsız, yalnız xidmət vəsiqəsi ilə kreditlər verilir.
Bu kampaniyadan yararlanmaq istəyənlər bankın filiallarına müraciət edə bilərlər.
Xatırladaq ki, "NBC Bank" 1992-ci ildə təsis edilib, ölkədə ilk və aparıcı banklardan biridir. "NBC Bank" həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını təqdim edir. Bura depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətləri daxildir.