...

İqtisadi İnkişaf naziri Oğuzda vətəndaşları qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2013 12:25 (UTC +04:00)
İqtisadi İnkişaf naziri Şahin Mustafayev iyunun 8-də Oğuzda Şəki, Qəbələ, Qax, Balakən, Zaqatala və Oğuz rayonlarından olan vətəndaşları qəbul edib.
İqtisadi İnkişaf naziri Oğuzda vətəndaşları qəbul edib

Azərbaycan, Bakı, 9 iyun /Trend/

İqtisadi İnkişaf naziri Şahin Mustafayev iyunun 8-də Oğuzda Şəki, Qəbələ, Qax, Balakən, Zaqatala və Oğuz rayonlarından olan vətəndaşları qəbul edib.

Trend-in İqtisadi İnkişaf nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Oğuz Olimpiya İdman Kompleksində keçirilmiş qəbulda vətəndaşların müraciətləri, şikayət və təklifləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, hər bir vətəndaşın müraciətində qaldırılan məsələlərin operativ həlli üçün Nazirliyin qəbulda iştirak edən aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Qəbulda səsləndirilən və vətəndaşları narahat edən bir sıra məsələlər vətəndaşların iştirakı ilə yerindəcə həll edilib, digər müraciətlərin isə hərtərəfli araşdırılaraq konkret tədbirlərin görüləcəyi bildirilib.

Qəbul zamanı vətəndaşların İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətləri aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb və İqtisadi İnkişaf Nazirliyi tərəfindən nəzarətdə saxlanılacaqdır.

Ümumiyyətlə, qəbul zamanı vətəndaşlar əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, sahibkarların hüquqlarının müdafiəsi, işə qəbul, kəndlərarası körpünün tikintisi və digər məsələlərlə bağlı müraciət ediblər.

Qəbulda iştirak etmiş bəzi vətəndaşlar sahibkarların hüquqlarının müdafiəsi sahəsində bir sıra təkliflərlə də çıxış ediblər. Nazir Şahin Mustafayev vətəndaşların təkliflərini diqqətlə dinləyib və müvafiq araşdırmanın aparılacağını bildirib.

Qeyd edək ki, qəbul barədə ictimaiyyətin ətraflı məlumatlandırılması və əhatə olunan rayonlardan müraciət etmək istəyən vətəndaşların iştirakının təmin olunması məqsədilə İqtisadi İnkişaf nazirinin Oğuzda vətəndaşları qəbul edəcəyi barədə əvvəlcədən kütləvi informasiya vasitələrində müvafiq elanlar verilmiş, qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilib.

Bununla belə, qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, əksər müraciətlər yerindəcə həll olunub, Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə aidiyyəti dövlət qurumlarına çatdırılması üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb.

Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını bildirmiş, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.

Xəbər lenti

Xəbər lenti