...

Qırğızıstanın Baş naziri: İssık-Kulda oyun zonasının açılışı iqtisadi cəhətdən məqsədəuyğundur

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2013 15:52 (UTC +04:00)
Qırğızıstanın Baş naziri Jantoro Satıbaldiyev hesab edir ki, İssık-Kulda oyun zonasının açılışı iqtisadi cəhətdən məqsədəuyğundur.
Qırğızıstanın Baş naziri: İssık-Kulda oyun zonasının açılışı iqtisadi cəhətdən məqsədəuyğundur

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Qırğızıstanın Baş naziri Jantoro Satıbaldiyev hesab edir ki, İssık-Kulda oyun zonasının açılışı iqtisadi cəhətdən məqsədəuyğundur. Bu barədə Trend KirTAQ agentliyinə istinadən məlumat verir.

"Mənim mövqeyim aydındır (oyun zonasının açılışına görə, İssık-Kulda kazino). Bu iqtisadi cəhətdən məqsədəuyğundur ", - Çolpon-Ata turizm mövsümünün açılışında bazar günü baş nazir deyib.

Onun sözlərinə görə, kazinonun açılışı turistləri cəlb edəcək.

"Biz təmiz su, aydın səma və gözəl dağlardan başqa, İssik-Kulda yeni turizm məhsulunu yaratmalıyıq. Mövsüm müvəffəqiyyətli olacağına söz verir. Məsələn, Rusiya və Qırğız turoperatorlarının arasında apreldə 1500-dən çox iri müqavilə bağlanılıb", - Satıbaldiev vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti