...

"NBC Bank" kapital artımını davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2013 17:23 (UTC +04:00)
“NBC Bank” ASC iyun ayında nizamnamə kapitalının növbəti artımını həyata keçirib.
"NBC Bank" kapital artımını davam etdirir

Azərbaycan, Bakı, 10 iyun /Trend/

"NBC Bank" ASC iyun ayında nizamnamə kapitalının növbəti artımını həyata keçirib.

Bankdan Trend-ə verilən məlumata görə, bu ay "NBC Bank" ASC-nin səhmdarlarının ümumi yığıncağının qərarı ilə nizamnamə kapitalı 4 mln. manat artırılıb və bununla bankın məcmu kapitalı 31 mln. manata çatdırılıb. Bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 85,63% çoxdur.

"NBC Bank"ın məcmu kapitalının sentyabr ayının sonuna kimi 40 mln. manata, oktyabr-dekabr aylarında isə 50 mln. manata çatdırılacağı planlaşdırılır.

Qeyd edək ki, 2012-ci ilin sonunda "NBC Bank" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilmişdi və iclasda bankın kapitalının 2013-cü ilin sonuna qədər 50 mln. manata çatdırılacağına qərar verilmiş və buna uyğun olaraq kapitalın artım planı müəyyən edilmişdi. Bankın kapitalının artımı verilən qərara uyğun həyata keçirilir və iyun ayında artıq üçüncü dəfədir ki, nizamnamə kapitalının artımı təmin edilib.

"NBC Bank" 1992-ci ildə "Ruzu" Səhmdar Kommersiya Bankı kimi Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qeydiyyatdan keçib. 17 yanvar 2002-ci ildən adında dəyişiklik edilərək "NBC Bank" ASC adı ilə bank sektorunda fəaliyyətini davam etdirir.

"NBC Bank"ın hazırda baş ofisdən əlavə, Bakı şəhərində 7 və regionlarda 4 filialı fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti