...

www.icazeler.gov.az portalından istifadə edənlərin sayı 144 mini ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2013 10:05 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi tərəfindən icazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış www.icazeler.gov.az portalını may ayında 13500-dən çox internet istifadəçisi ziyarət edib.
www.icazeler.gov.az portalından istifadə edənlərin sayı 144 mini ötüb

Azərbaycan, Bakı, 21 iyun / Trend /

İqtisadi İnkişaf Nazirliyi tərəfindən icazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış www.icazeler.gov.az portalını may ayında 13500-dən çox internet istifadəçisi ziyarət edib. Bu barədə cümə günü nazirlikdən daxil olan məlumatda deyilir.

İnternet istifadəçilərinin 1000-ə yaxını Almaniya, Türkiyə, ABŞ, Rusiya, Böyük Britaniya, Ukrayna, Çexiya, Lüksemburq, İran, Kanada, Belçika, Gürcüstan, Vyetnam, İsveçrə, İspaniya, Hindistan, Cənubi Koreya, Türkmənistan və Fransadan olub. Ümumilikdə, indiyədək portalın fəaliyyətindən 144 mindən çox internet istifadəçisi yararlanıb.

Sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanları tərəfindən hazırlanan qanunvericilik aktlarının layihəsi icazələrin elektron informasiya portalında yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti