...

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan ərazisindən 17 milyon ton yük daşınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2013 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir A. Axundov/

Bu ilin yanvar-may aylarında Azərbaycan ərazisi ilə nəqliyyat vasitələri tərəfindən 17 milyon ton yük daşınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,38 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Dövlət Gömrük Komitəsinin (DGK) hesabatında deyilir.

Bu dövr ərzində yüklərin ixracı 13,25 milyon ton, idxalı isə 3,76 milyon ton təşkil edib.

5 ay ərzində dəniz nəqliyyatı ilə ixrac 13,25 milyon ton, dəmiryolla 1,11 milyon ton, avtomobillə 242,4 min ton, hava ilə 52,4 min ton yük ixrac olunub, stasionar nəqliyyat vasitələti ilə daşınma isə 11,75 milyon ton təşkil edib.

Dəniz nəqliyyatı ilə 745 min ton, dəmiryolla 2,28 milyon ton, avtomobil nəqliyyatı ilə 702,26 min ton və hava ilə 8,66 min ton yük idxal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti