...

Azərbaycan şirkətləri Azərbaycan-Macarıstan işgüzar görüşündə iştiraka dəvət edilirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2013 14:22 (UTC +04:00)
2013-cü il iyunun 27-də Macarıstanın telekommunikasiya məsələləri üzrə dövlət katibi Vilmoş Vali-Nadin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Macarıstan işgüzar görüşü keçiriləcək.
Azərbaycan şirkətləri Azərbaycan-Macarıstan işgüzar görüşündə iştiraka dəvət edilirlər

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir E. Əliyev/

2013-cü il iyunun 27-də Macarıstanın telekommunikasiya məsələləri üzrə dövlət katibi Vilmoş Vali-Nadin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Macarıstan işgüzar görüşü keçiriləcək.

Bu barədə Trend çərşənbə axşamı AZPROMO-nun rəsmi saytına istinadən məlumat verir.

İşgüzar görüşə İKT sektorunu təmsil edən Macarıstan iş adamlarının qatılacağı gözlənilir. Azərbaycanlı iş adamları tədbirdə iştiraka dəvət edilirlər.

Tədbirlə bağlı əlavə məlumat almaq üçün aşağıdakı ünvanlara müraciət etmək olar:

Əlaqəli şəxs: Anar Nuriyev

Tel.: 012 598 01 47/48 (daxili: 123, 129, 119)

E-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti