...

May ayında Bakının ilkin mənzil bazarı bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2013 19:55 (UTC +04:00)
Cari ilin may ayında Bakının ilkin mənzil bazarında qiymətlər əvvəlki ayla müqayisədə 1 faiz bahalaşaraq bir kvadratmetrə görə 873,2 manat təşkil edib.
May ayında Bakının ilkin mənzil bazarı bahalaşıb

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir E.Əliyev/

Cari ilin may ayında Bakının ilkin mənzil bazarında qiymətlər əvvəlki ayla müqayisədə 1 faiz bahalaşaraq bir kvadratmetrə görə 873,2 manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin yaydığı məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, qiymətlər ötən rübə nisbətən 2,3 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 7,7 faiz artıb.

Dünya maliyyə bazarlarında böhran dövrü (2008-ci ilin sentyabr ayı) ilə müqayisədə Bakıda mənzilin qiyməti 26,9 faiz ucuzlaşıb (həmin dövrdə 1 kvadratmetrin qiyməti 1194 manat olub).

Mayda bazarda təklif edilən yeni tikililərin sayı 400-dən 396-dək azalıb. Tikinti şirkətlərinin sayı da bir ədəd azalaraq 131 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti