...

Azərbaycanın korporativ qiymətli kağızlar bazarı 2,5 dəfədən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2013 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir E.Əliyev/

2013-cü ilin yanvar-iyun aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 48,1 faiz azalaraq 2,985 milyard manat təşkil edib. Bu barədə çərşənbə axşamı Trend-ə BFB-dən məlumat verilib.

Ölkənin fond bazarının belə azalması dövlət qiymətli kağızlar bazarının 53,96 faiz azalması hesabına baş verib. Bununla yanaşı, korporativ qiymətli kağızlar bazarı 2,62 dəfə artıb.

Dövlət qiymətli kağızlar bazarının həcmi yanvar-iyun aylarında 2,5 milyard manatı, korporativ kağızlar bazarının dövriyyəsi isə 410,14 milyon manatı ötüb.

Bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli

Bazarın seqmentləri

2013 (30.06.13)

2012 (30.06.12)

Faiz nisbəti

Əqdlərin həcmi,

AZN

Əqdlərin

sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin

sayı

Dİ (AR MN) - (yerləşdirmə)

46 627 770,64

29

35 753 471,07

15

130,41%

Dİ (AR MN) -

(təkrar bazar)

8 933 627,52

3

1 325 851,92

2

673,80%

Notlar (AR MB) - (yerləşdirmə)

179 933 454,86

69

604 249 270,36

145

29,78%

Notlar (AR MB) -

(təkrar bazar)

43 955 612,02

4

12 486 939,02

8

352,01%

Repo əməliyyatları

2 295 470 977,90

218

4 938 350 331,89

659

46,48%

DQK bazarı cəmi

2 574 921 442,94

323

5 592 165 864,26

829

46,05%

Korporativ istiqrazlar - (yerləşdirmə)

62 905 276,60

47

32 185 335,00

53

195,45%

Korporativ istiqrazlar - (təkrar bazar)

170 682 297,37

82

83 782 802,71

32

203,72%

Səhmlər - (yerləşdirmə)

171 970 589,10

189

35 451 602,55

47

485,09%

Səhmlər - (təkrar bazar)

4 590 768,02

1 999

4 780 830,77

1 809

96,02%

KQK bazarı cəmi

410 148 931,09

2 317

156 200 571,03

1 941

262,58%

Cəmi

2 985 070 374,03

2 640

5 748 366 435,29

2 770

51,93%

İxtisarlar:

Dİ - dövlət istiqrazları

AR MN - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

AR MB - Azərbaycan Respublikasının Mərkəzii Bankı

DQK - Dövlət qiymətli kağızları

KQK - Korporativ qiymətli kağızlar

Məqalədə:
Xəbər lenti

Xəbər lenti