Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (ADXDG) 11 il ərzində müxtəlif təyinatlı 17 gəmi alıb.
ADXDG 2002-ci ildən bəri bir quru yük gəmisi, iki 8 min tonluq, yeddi 13 min tonluq və bir 12 min tonluq tanker alıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Gəmiçiliyin rəisi Aydın Bəşirov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.
Bəşirovun sözlərinə görə, bundan əlavə, 2008-2012-ci illərdə 6 gəmi-bərə istismara daxil olub.