Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir E.İsmayılov/
Nəqliyyat Nazirliyinın "Azəryolservis" ASC "Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun iki hissəsinin 4-zolaqlı genişləndirilməsi" layihəsinin tikinti işləri ilə məşğul olacaq podratçı şirkəti müəyyənləşdirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Xalq Qəzeti" məlumat yayıb.
Məlumatda bildirilir ki, yolun 44,6-67,5 kilometr və 67,5-91 kilometr hissələlərinin genişləndirilməsi üzrə hər iki lot üzrə tenderdə Türkiyənin "Polat Yol Yapi Sanaye ve Ticaret A.Ş" şirkəti qalib olub.
Türkiyə şirkəti tərəfindən birinci lot üzrə tender təklifinin məbləği 39,73 milyon manatdan artıq, ikinci lot üzrə isə 47,75 milyon manatdan artıq olub.