...

Azərbaycanda pul bazası 1,5 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2013 13:47 (UTC +04:00)
2013-ci il iyulun 1-nə olan vəziyyətə görə, manatda pul bazası 265,2 milyon manat təşkil edib.
Azərbaycanda pul bazası 1,5 faiz artıb

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir E. Əliyev/

2013-ci il iyulun 1-nə olan vəziyyətə görə, manatda pul bazası 265,2 milyon manat təşkil edib. Trend-in məlumıtan görə, bu barədə çərşənbə günü Azərbaycan Mərkəzi Bankının (AMB) statistik məlumatında bildirilir.

Pul bazasının həcmi 2013-cü ilin may ayının göstəricisi ilə müqayisədə (AMB-nin iyunun 1-nə olan məlumatına görə, Azərbaycanda pul bazasının həcmi 10 113,3 milyon manata bərabər olub) 1,5 faiz artıb.

İlin əvvəlinə nisbətən pul bazasının həcmi 2,4 faiz azalıb. 2013-cü ilin yanvarın 1-nı olan vəziyyətə görə, bu göstərici rekord səviyyəyə - 10 515 milyon manata çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti