...

9 min metr saxta kabel satışdan çıxarılaraq təkrar emala göndərilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2013 12:20 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən satışa hazır saxta 9 min metr elektrik kabel və naqilləri aşkar edilərək satışı dayandırılıb.
9 min metr saxta kabel satışdan çıxarılaraq təkrar emala göndərilib

Azərbaycan, Bakı, 4 iyul /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən satışa hazır saxta 9 min metr elektrik kabel və naqilləri aşkar edilərək satışı dayandırılıb. Bu barədə cümə axşamı Trend-ə İqtisadi İnkişaf Nazirliyindən daxil olan məlumatda deyilir.

Xəbər verilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Çkalov küçəsi, 10 B ünvanında fəaliyyət göstərən fiziki şəxs Quliyev Vaqif Manaf oğluna məxsus sexdə aparılan yoxlama zamanı satışa hazır saxta 9 min metr elektrik kabel və naqilləri aşkar edilərək satışı dayandırılıb.
Satışı dayandırılmış saxta elektrik kabel və naqilləri Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə istifadəyə yararsız hala salınmaqla təkrar emala göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti