...

"TuranBank"ın aktivlərinin həcmi 25 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2013 15:23 (UTC +04:00)
2013-cü il iyul ayının 1-nə "TuranBank"ın aktivlərinin həcmi 2012-ci ilin analoji dövrü ilə müqayisədə 25,75%, ilin əvvəli ilə müqayisədə isə 11,34% artaraq 241,686 mln. manat təşkil edib.
"TuranBank"ın aktivlərinin həcmi 25 faizdən çox artıb

Azərbaycan, Bakı, 9 iyul/Trend/

2013-cü il iyul ayının 1-nə "TuranBank"ın aktivlərinin həcmi 2012-ci ilin analoji dövrü ilə müqayisədə 25,75%, ilin əvvəli ilə müqayisədə isə 11,34% artaraq 241,686 mln. manat təşkil edib.

Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, hesabat tarixinə bankın kredit portfeli 2013-cü ilin əvvəli ilə müqayisədə 9,93%, 2012-ci ilin analoji dövrü ilə müqayisədə isə 21,23% artaraq 177,298 mln. manat təşkil edib.

Cari ilin yanvar-iyun ayları üzrə bankın depozit portfeli ilin əvvəli ilə müqayisədə 4,4%, 2012-ci ilin analoji dövrü ilə müqayisədə isə 21,4% artıb. Depozit portfelinin strukturunda əhalinin müddətli əmanətləri 2012-ci ilin analoji dövrü ilə müqayisədə 22,5% artaraq 51,8 mln. manat təşkil edib.

Bankın nizamnamə kapitalı 40,1 mln. manat təşkil etməklə 1 iyul 2013-cü il tarixinə ilin əvvəli ilə müqayisədə 33,34%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 68,05% artımla müşahidə olunub.

Hesabat dövründə "TuranBank"ın məcmu kapitalı ilin əvvəli ilə müqayisədə 36,64%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 64,25% artaraq 43,549 mln. manat təşkil edib.

Bankın nizamnamə kapitalı strukturu ümumilikdə 27 səhmdar olmaqla - 5 hüquqi (23,84%) və 22 fiziki şəxsdən (76,16%) ibarətdir.

2013-cü ilin yanvar-iyun ayları üzrə fəaliyyət nəticələrinə əsasən, "TuranBank"ın gəlirləri 13,126 mln. manat, xərcləri isə 10,469 mln. manat təşkil edib. Hesabat dövrü ərzində bankın balans mənfəəti 2,657 mln. manat təşkil edib.

Hazırda bankın 14 satış nöqtəsi (onlardan 7-si regionlarda: Tovuz, Zaqatala, Gəncə, Ağstafa, Sumqayıt, Xaçmaz və Qazaxda yerləşir) və 20 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

Hazırda bank öz müştərilərinə Western Union, Xpress Money, Contact, Migom, Zolotaya Karona, Privatmoney, Allure, Blizko, IBA-Express və Monex kimi geniş çeşidli təcili pulköçürmə sistemləri üzrə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti