...

Səlim Müslümov: Azərbaycan vətəndaşları müstəqil şəkildə pensiya həcmini müəyyən edə biləcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2013 13:55 (UTC +04:00)
Yaxın gələcəkdə Azərbaycan vətəndaşları özləri müstəqil şəkildə əmək pensiyalarının həcmini müəyyənləşdirə biləcəklər.
Səlim Müslümov: Azərbaycan vətəndaşları müstəqil şəkildə pensiya həcmini müəyyən edə biləcəklər

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir E.Əliyev/

Yaxın gələcəkdə Azərbaycan vətəndaşları özləri müstəqil şəkildə əmək pensiyalarının həcmini müəyyənləşdirə biləcəklər. Trend-in məlumatlna görə, bu barədə cümə axşamı yaşa görə pensiya təyinatının avtomatlaşdırılmış sisteminin təqdimat mərasimində jurnalistlərə aşıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.

Müslümov deyib: "Hazırda biz 2013-cü ilin sonu, 2014-cü ilin əvvəlində elektron xidmətlərdən istifadə edən vətəndaşların müstəqil şəkildə özlərinə pensiya təyin etmək imkanı üzərində işlər aparırıq. Vətəndaşlara özləri lazımi məlumatları daxil etmələri üçün fərdi hesab sisteminə giriş imkanı veriləcək, sistem özü isə avtomatik şəkildə məlumatları Fondun ərazi idarəsinə və vətəndaşın yaşadığı ünvana göndərəcək. Bundan əlavə, vətəndaşlar bank kartlarının hazırlanması üçün ərizələri də təsdiqləyə bilər".

Sədrin sözlərinə görə, DSMF müntəzəm olaraq əhaliyə təqdim olunan elektron xidmətlərin təkmilləşdirilməsi və inkişafı üzərində işlər aparır: "Elektron xidmətlərin tətbiqi prosesi şəffaflığı artıracaq, vaxt itkisini və insan amilinin təsirini əhəmiyyətli dərəcədə azaldacaq".

Qeyd edək ki, Azərbaycanda əmək pensiyası iki hissədən ibarətdir: baza və sığorta. Pensiyanın baza hissəsi 85 manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti