...

Renault Avrasiyada təşkilati dəyişikliklər baş verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2013 16:31 (UTC +04:00)
1 sentyabr 2013-cü il tarixindən - Renault Avrasiya, quruluşunda yeni - "Avrasiya regionunun İstehsalatı və xarici logistikası" - təşkilati vahidi təqdim edir.
Renault Avrasiyada təşkilati dəyişikliklər baş verib

Azərbaycan, Bakı, 18 iyul /Trend/

1 sentyabr 2013-cü il tarixindən - Renault Avrasiya, quruluşunda yeni - "Avrasiya regionunun İstehsalatı və xarici logistikası" - təşkilati vahidi təqdim edir. Şirkətdən cümə axşamı Trend-ə verilən məlumata görə, eni quruluşa hal-hazırda Grupun xarici logistika şöbəsinin direktoru İv Karakatzanis (Yves CARACATZANIS) başçılıq edəcək.

İv Karakatzanis Moskvada yerləşən zavodun istehsalat prosesi və AVTOVAZ ilə Renault-un istehsalı və xarici logistikası ilə bağlı bütün əlaqələrdə cavabdeh olacaq. O, Renault-un Rusiyada baş direktoru və Avrasiya regionunda əməliyyat direktoru olan Brüno Anselenə tabe olacaqdır.

1 sentyabr tarixindən Renault Rusiya-da əməliyyat direktoru vəzifəsi aradan qaldırılır. Deni Levot bu vəzifəni Renault-un başqa şöbələrinin birində tutmaq üçün Rusiyanı tərk edir.

Fabrisio Kambovilin rəhbərlik etdiyi kommersiya direktoratı və Filip Villaltanın rəhbərlik etdiyi keyfiyyət üzrə direktorat - bilavasitə Avrasiya regionunun əməliyyat direktoru olan Brüno Anselenin rəhbərliyi altına keçir.

MƏLUMAT:

İv Karakatzanis 13 aprel 1964-ci ildə Marsel (Fransa) şəhərində anadan olub. Parisin Mərkəzi Yüksək Məktəbindən (Ecole Centrale Paris) mühəndis diplomu alıb.

1992-ci ildə Renault şirkətində işə, logistika üzrə layihə rəhbəri kimi çalışmaqla başlayıb.

1995-ci ildə Flendə yerləşən müəssisədə quraşdırma sexinin rəhbəri vəzifəsində, sonra - 1999-cu ildə rəngləmə departamentinin rəhbəri və 2002-ci ildə Clio 3 avtomobilinin istehsala verilməsi layihəsinin rəhbəri vəzifələrində çalışıb.

2005-ci ildə avtomobil prototipləri mühəndisliyinin rəhbəri olub.

2008-ci ildə planlaşdırma və logistika layihələri rəhbəri vəzifəsini tutub.

2010-cu ildə Grupun xarici logistikası üzrə rəhbər təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti