Azərbaycan, Bakı, 24 iyul/Trend, müxbir A. Axundov/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "VESTMARK FİNANCİAL LEASİNG İNVESTMENT COMPANY" ASC-nin 1,2 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Bu barədə Trend çərşənbə günü QKDK-nin rəsmi saytına istinadən məlumat verir.
Emissiyanın yerləşdirilməsi 15 min manat nominalında 80 səhmin 50 manat nominallı eyni həcmdə səhmə konvertasiya yolu ilə həyata keçiriləcək. Nəticədə şirkətin nizamnamə kapitalı 300 dəfə artaraq 4 min manatdan 1,2 milyon manatadək çatacaq.
Şirkət bu ilin martında ilk dəfə səhmlər buraxmaqla öz nizamnamə kapitalını formalaşdırıb.