...

Şəmkir şəhərinə yeni mənbədən içməli suyun verilməsinə başlanıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2013 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul /Trend/

İcrasına 2011-ci ilin oktyabrında başlanmış "Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi" çərçivəsində şəhərin içməli su və kanalizasiya sisitemləri yenidən qurulur.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 47 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Şəmkir şəhərinə içməli su Cəyir çayın hövzəsində tikilmiş drenaj sistemindən veriləcək. Su mənbəyindən anbara qədər 480 mm diametrli borularla 7 km uzunluğunda magistral, müxtəlif diametrli borularla 5 km anbarlararası su xətləri çəkilib, tutumu 7000 kubmetr olan su anbarı tikilib. Yeni tikilmiş xlorator qurğusu və laboratoriya binasında son tamamlama işləri aparılır.

Şəhərdə ümumi uzunluğu 238 km olan şəhərdaxili su şəbəkəsinin 64 km-lik hissəsi çəkilib, 1800-dən artıq ünvan şəbəkəyə qoşulub, 735 ədəd smart kart tipli sayğac quraşdırılıb. Şəhərdaxili şəbəkənin hazır olan hissəsinə yeni mənbədən içməli suyun verilməsinə başlanıb.

Şəmkir şəhərində yaranacaq çirkab suların axıdılması üçün ümumi uzunluğu 203 km olan kanalizasiya şəbəkəsinin və kanalizasiya kollektorunun tikintisi davam etdirilir. Tullantı suları şəhərin kənarında inşa edilən çirkab su təmizləyici qurğuya ötürüləcək.

Tikinti-quraşdırma işlərinin 2014-cü ildə başa çatdırılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti