...

Vergilər Departamentində vergiödəyicilərlə görüş keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Avqust 2013 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 avqust /Trend/

Avqust ayının 16-da Bakı şəhəri Vergilər Departamentində Asan Sertifikat Xidmətləri Mərkəzinin istismara verilməsi ilə İnternet Vergi İdarəsində hüquqi və fiziki şəxslərin onlayn qeydiyyatı, Pos-terminalların onlayn qeydiyyatı, elektron vergi hesab-fakturasının göndərilməsi və s. əməliyyatlar üzrə vergi ödəyicilərinə göstərilən elektron xidmətlərə həsr olunmuş görüş keçirilib. Bu barədə cümə günü Trend-ə Departamentin Analitik-informasiya şöbəsindən məlumat verilib.

Departamentin Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi, baş bergi xidməti müşaviri Elman Dadaşov tədbiri açaraq qeyd etmişdir ki, İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsinin genişləndirilməsi, elektron xidmətlərin yüksək təhlükəsizlik tələblərinə cavab verən "Asan İmza" vasitəsi ilə həyata keçirilməsi məqsədilə 2013-cü ilin may ayından Vergilər Nazirliyinin nəzdində Elektron imza üzrə Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) yaradılmış və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində akkreditə edilib. Qeyd olunmuşdur ki, əvvəllər nazirliyin İnternet Vergi İdarəsinə daxil olmaq üçün verilən istifadəçi kodu və şifrədən istifadə edərkən ƏDV ödəyiciləri tərəfindən aparılan əməliyyatların imzalanması mümkün olmur ki, bu da müasir beynəlxalq təhlükəsizlik standartlarının tələblərinə cavab vermirdi. Bununla bağlı Vergilər Nazirliyi tərəfindən daha bir mühüm yeniliyə imza atılaraq yüksək təhlükəsizlik tələb edən elektron xidmətlərdən - "Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması" və "Elektron vergi hesab-fakturalarının qəbulu" elektron xidmətlərindən istifadənin sentyabrın 1-dən etibarən yalnız Asan İmza vasitəsilə həyata keçirilməsi müəyyənləşdirilib.

E.Dadaşov bildirib ki, Asan İmza xidmətinin aktivləşdirilməsinin ƏDV ödəyicilərinin vaxtlarına qənaət etməklə 1 sentyabr 2013-cü il tarixədək başa çatdırılması, bu işdə növbəliliyi, müraciətlərə operativ baxılmasını təmin etmək məqsədilə vergi ödəyiciləri qeydiyyat rayonları üzrə qruplaşdırılaraq onlara müəyyən edilmiş qrafik üzrə müraciət etmələri barədə bildirişlər göndərilir, həmçinin onların telefon vasitəsilə də məlumatlandırılmaları həyata keçirilir.

Sonra Asan İmza xidmətinin aktivləşdirilməsi üçün müraciət edən vergi ödəyicilərinə xidmət göstərilən ünvanlar və iş qrafiki barədə ətraflı məlumat verilmiş, görüş iştirakçılarının çoxsaylı sualları cavablandırılıb:

-Bakı şəhəri Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət idarəsində mobil operatorun nümayəndəsinin iştirakı ilə - həftənin I-V günləri (08-09.08.2013-cü il tarixləri istisna olmaqla) saat 09:00-dan 20:00-dək, şənbə günləri saat 10:00-dan 18:00-dək (Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 44, otaq 109, tel.403-83-74);
-Vergi ödəyicilərinə Xidmət Mərkəzlərində - həftənin I-V günləri saat 09:00-dan 18:00-dək, şənbə günləri saat 10:00-dan 18:00-dək
(Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, ev 10, tel. 567-75-58;
Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 79, tel.449-50-81;
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, ev 5 tel: (012) 454-46-08;
Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 may küçəsi,10 tel: (012) 445-81-34);
-Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 və 2 saylı Bakı "Asan xidmət" Mərkəzlərində mobil operatorun nümayəndəsinin iştirakı ilə - həftənin I-VI günləri saat 10:00-dan 20:00-dək, bazar günləri 11:00-dan 17:00-dək (Bakı şəhəri, Ak. Həsən Əliyev, 36 və Bakı şəhəri, Nobel prospekti, 23 (AMAY ticarət mərkəzinin 2-ci mərtəbəsi) tel.108);
-Azercell - müştəri xidmətində - həftənin I-VI günləri saat 09:00-dan 19:00-dək, bazar günləri 09:00-dan 17:00-dək (Bakı şəhəri, Bəsti Bağırova küç., ev 2 (Dövlət Statistika Komitəsi ilə üzbəüz)).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti