Azərbaycan, Bakı, 27 avqust /Trend /
"Unibank"ın şərtlərini bu günlərdə daha da asanlaşdırdığı "Evdar xanım krediti" böyük maraq doğurub. Bu barədə bankdan Trend-ə daxil olan məliumatda bildirilir.
Hər gün onlarla xanım "Unibank"ın filiallarına bu güzəştli kredit məhsulu üçün müraciət edir və endirimlərdən faydalanır. Xatırladaq ki, "Unibank"dan kredit götürmək istəyən evdar xanımları sürprizlər gözləyir. Krediti rəsmiləşdirmək üçün onlardan həyat yoldaşlarının iş yerindən arayış tələb olunmur.
Evdar xanımların bank filiallarına sadəcə şəxsiyyət vəsiqələri və nigah şəhadətnamələri ilə müraciət etmələri kifayətdir. Kreditin maksimum məbləği isə 1500 manata qaldırılıb. Üstəlik xanımlara bankın kredit kartı da verilir ki, bu da "Unibank" məhsullarından və xidmətlərindən əlavə güzəşt hüququ verir.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq, "Unibank" evdar xanımların öz maliyyə problemlərini həll etmələri üçün xüsusi şərtlərlə nağd kredit məhsulu yaradıb.
Bank paytaxt və bölgələri əhatə edən 32 filialı ilə vətəndaşların xidmətindədir. Filiallar həftənin 6 günü səhər saat 9-dan 18.00-dək nahar fasiləsiz işləyir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.