...

Azərbaycanda 2014-cü ildən etibarən işçilər üçün sosial sığorta dərəcələrinin artırılması təklif olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Avqust 2013 15:56 (UTC +04:00)
Azərbaycanda icbari dövlət sosial sığortası üzrə ödəmələrin dərəcələrinin strukturu dəyişdiriləcək.
Azərbaycanda 2014-cü ildən etibarən işçilər üçün sosial sığorta dərəcələrinin artırılması təklif olunur

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir E.Əliyev/

Azərbaycanda icbari dövlət sosial sığortası üzrə ödəmələrin dərəcələrinin strukturu dəyişdiriləcək. Bu barədə çərşənbə günü Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Səlim Müslümov əmək pensiyalarının baza hissələrinin artırılmasına həsr olunan mətbuat konfransında bildirib.

"Biz sosial sığorta üzrə ödəmələrin dərəcələrin dəyişdirilməsini planlaşdırmırıq. Bildiyiniz kimi, hazırda "22+3" sxemi ilə 25 faiz təşkil edir. Biz bu sxemi "18+7" sxemi ilə əvəz etməyi təklif etmişik. Bununla da işçilər üçün tarifin fərdi hissəsi üçdən yeddi faizədək artırılacaq, işəgötürən isə maaş fondundan 18 faiz ödəyəcək".

Onun sözlərinə görə, Avropa və MDB-nin bütün ölkələrində analoji proses gedir: "İşçinin əməkhaqqından ödənən vəsaitlərin sayı artır, işəgötürənlərin məsuliyyəti isə azalır. Avropa ölkələrində populyar "50/50" sxemi tətbiq olunur: əgər tarifin dərəcəsi 20 faiz miqdarında müəyyənləşdirilibsə, onda 10 faizi işəgötürən, 10 faizi isə işçi ödəyir. Bundan əlavə sosial sığorta ödəmələri dərəcələrində işçilərin payının artırılması həmçinin müvafiq Dövlət proqramında da göstərilib".

DSMF rəhbəri əlavə edib ki, ola bilsin ki, sosial vergi strukturu artıq bu il, çətinliklərin yarandığı təqdirdə isə 2014-cü ilin əvvəlində dəyişdirilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti