...

Əfqanıstanın təbii sərvətlər və neft nazirinin Bakıya səfərinin vaxtı müəyyənləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2013 10:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir T.Cəfərov/

Əfqanıstanın təbii sərvətlər və neft naziri Vahidullah Şahraninin Azərbaycana səfəri bu gün, sentyabrın 3-də axşam saatlarında başlayacaq. Bu barədə Trend Əfqanıstan İslam Respublikasının Azərbaycandakı səfirliyinə istinadən məlumat verir.

Məlumata əsasən, Şahraninin Azərbaycan rəsmiləri ilə görüşləri sentyabrın 4-də keçiriləcək.
Qeyd edək ki, əfqanıstanlı nazirin Bakıya səfəri zamanı Azərbaycan və Əfqanıstan hökumətləri arasında energetika sahəsində əməkdaşlıq sazişi imzalanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti