...

Azərbaycan gömrüyü 2013-cü il dövlət büdcəsinə ödənişlərin təxminən 65 faizindən çoxunu təmin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2013 09:42 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2013-cü ilin yanvar-avqust aylarında gömrük rüsumu və vergilərinin yığımı hesabına dövlət büdcəsinə 888 milyon manat ödəyib.
Azərbaycan gömrüyü 2013-cü il dövlət büdcəsinə ödənişlərin təxminən 65 faizindən çoxunu təmin edib

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2013-cü ilin yanvar-avqust aylarında gömrük rüsumu və vergilərinin yığımı hesabına dövlət büdcəsinə 888 milyon manat ödəyib. Trend-in məlumatına görə, bu barədə şənbə günü komitənin rəsmi saytında dərc edilən hesabatda deyilir.

Hesabata əsasən, avqustda gömrük rüsumlarından daxilolmalar 31,75 milyon manat, idxal edilən malların ƏDV-si üzrə 82,54 milyon manat, aksizlər üzrə 7,89 milyon manat, yol vergisi üzrə isə 1,62 milyon manat təşkil edib.

2013-cü il üçün DGK xətti ilə ödənişlər proqnozu 1,38 milyard manat həcmində müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti