Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir E.Əliyev/
Bank VTB (Azərbaycan) Bakıda filial şəbəkəsini genişləndirməyi planlaşdırır. Bu barədə cümə axşamı Trend-ə Bank VTB-nin (Azərbaycan) İdarə Heyətinin sədri Aleksandr Yeryomin bankın 4-cü filialının açılış mərasimində deyib.
Onun sözlərinə görə, bank 2013-cü ilin sonunadək Bakıda daha 2 filial açmağı planlaşdırır: "Onlardan biri cari ilin oktyabrda, ikinci isə dekabrda açılacaq".
Qeyd edək ki, sentyabrın 12-də Bakıda Bank VTB-nin (Azərbaycan) "Həzi Aslanov" adlı IV filialı açılıb. Filial M.Hadi küçəsi, 73 (Bakı Metropoliteninin "Həzi Aslanov" stansiyasının yaxınlığı) ünvanında yerləşir.
Filialın müştərilərinə bank məhsul və xidmətlərinin tam paketi təqdim ediləcək.