...

"FINCA Azerbaijan"ın Mərdəkan filialının yeni ofisi açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2013 19:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Bu gün "FINCA Azerbaijan" Bank Olmayan Kredit Təşkilatının Mərdəkan filialının yeni ofisinin açılış mərasimini keçirilib.

Təşkilatdan çərşənbə günü Trend-ə verilən məlumata görə, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 84 ünvanında yerləşən yeni ofisin açılış mərasimində "FINCA Azerbaijan"ın rəhbər şəxsləri, yerli İcra Hakimiyyəti orqanının nümayəndələri, digər maliyyə təşkilatlarının mütəxəssisləri və müştərilər iştirak ediblər.

Qonaqlar və müştərilər filialın dinamik inkişafını, müştəri xidmətləri standartlarının yüksək olmasını və işçi heyətinin peşəkarlığını qeyd ediblər. Hazırda ofisin kredit portfeli 3 milyona yaxın ABŞ dolları, müştəri sayı isə 2000 nəfər təşkil edir.

Şəxsi bizneslərini inkişaf etdirmək üçün kreditə ehtiyacı olan sahibkarlar Mərdəkan filialına müraciət edərək FINCA-nın 100 min dollaradək müxtəlif kredit məhsullarını əldə edə bilərlər.

Əlavə məlumat üçün *2525 Məlumat Mərkəzinə müraciət etmək olar.

15 il Azərbaycanda fəaliyyət göstərən "FINCA Azerbaijan" BOKT yarandığı tarixdən bu günədək müştərilərinə 650 milyon dollardan artıq kreditlər verib. Təşkilat ölkə ərazisində 30 filial və 34 market ofisi vasitəsilə 150 min nəfərə yaxın müştəriyə maliyyə xidmətləri göstərir. "FINCA Azerbaijan"ın ümumi kredit portfeli 153 milyon dollardan artıqdır. Bu göstəricilərə görə "FINCA Azerbaijan" təkcə ən böyük mikro-maliyyə təşkilatı deyil, həmçinin ölkənin ən böyük bankları arasında yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti