...

Bank Respublika “Bir kredit – Bir bank” adlı yeni məhsulunu təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2013 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Bir neçə bankda nağd kreditləri olanlar üçün Bank Respublika "Bir kredit-Bir bank" adlı yeni kredit məhsulunu təklif edir.

İndi ödəniş cədvəllərinə nəzarət etmək və bank ofislərinə ayda bir neçə dəfə getmək məcburiyyətində qalan müştərilər kreditlərini bir bankda birləşdirə bilərlər.

Bu kredit digər banklara olan borcları ödəmək və daha əlverişli faiz dərəcəsi ilə, iş yerindən arayış tələb olunmadan, müxtəlif ehtiyaclar üçün əlavə vəsait əldə etmək imkanını yaradır.
Kreditin maksimal məbləği 10,000 AZN, müddəti isə 36 ay təşkil edir. 3000 AZN-dək olan kreditlər zaminsiz verilir. "Bir kredit - Bir Bank" krediti komissiyasız və illik 27% dərəcəsi ilə verilir. Bu kredit həmçinin bir bankda olan bir neçə kreditləri ödəmək məqsədilə verilir.
"Bir Kredit - Bir Bank" məhsulundan istifadə edərkən, müştərilər götürdükləri kredit məbləğinin 20% miqdarında, güzəşt müddəti 45 gün olmaqla kredit kartını da əldə edir.

Bu krediti almaq üçün cari kreditlərdən hər hansı üzrə minimal müsbət kredit tarixçəsi ən azı 6 ay olmalıdır və digər kreditlər üzrə ümumiyyətlə gecikmələr olmamalıdır.

Bank Respublika-dan hər kredit alan müştəri banka gəlmədən, geniş bankomat şəbəkəsi, internet və Mobil Bank vasitəsilə kredit borcunu ödəmək imkanını əldə edir.

Kreditlərinizi bir Bankda birləşdirin!

Bank Respublika, Sizə faydalı!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti