...

Davudoğlu: Enerji qaynaqlarının şaxələndirilməsi Avrasiyada əməkdaşlıq üçün yeni imkandır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2013 06:39 (UTC +04:00)
Enerji qaynaqlarının şaxələndirilməsi Avrasiyada əməkdaşlıq üçün yeni imkandır. Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.
Davudoğlu: Enerji qaynaqlarının şaxələndirilməsi Avrasiyada əməkdaşlıq üçün yeni imkandır

ABŞ, Nyu-York, 26 sentyabr /Trend, xüsusi müxbir E.Vasilyeva/

Enerji qaynaqlarının şaxələndirilməsi Avrasiyada əməkdaşlıq üçün yeni imkandır. Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluв çərşənbə günü Nyu-Yorkda keçirilən Xəzər forumunda müzakirələr zamanı bildirib.

"Bu, Avropa İttifaqının ehtiyac duyduğu yeni impulsdur. Avropa yəqin ki, məsələnin aktuallığından xəbərdardır".

Davudoğlu deyib ki, Türkiyə-Azərbaycan əməkdaşlığı tam etibar deməkdir.

"Türkiyə coğrafiyası Azərbaycan, Azərbaycan qazı isə Türkiyə üçün əhəmiyyətlidir. Təbii ehtiyatlar və coğrafi amil - burada hər hansı rəqabəti görmürük. Lakin bizim qonşularımız da bu layihələrin tərkib hissəsi olmaq istəyirlər. Bu, Avropa üçün yeni bazara çevriləcək. Türkiyə də, həmçinin Avropanın və Asiyanın bir hissəsidir".

Xəzər forumu regionun iqtisadi, siyasi və strateji potensialını öyrənməyə hədəflənmiş platformadır. Forum elmi, siyasi və işgüzar dünyanın nümayəndələrini bir yerə toplayır.

Xatırladaq ki, Xəzər forumunun əsas mövzusu Avropanın enerji təhlükəsizliyində Cənub Qaz Dəhlizinin roludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti