...

TuranBank-dan UEFA Çempionlar Liqası oyununu canlı izləmək şansı

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2013 15:44 (UTC +04:00)
TuranBank-ın Maestro və MasterCard kartlarının sahibləri 2013-cü ilin 1-31 oktyabr tarixləri aralığında MasterCard tərəfindən keçirilən "MasterCard-la alış-veriş edin, övladınız üçün qiymətsiz maskot təcrübəsi qazanın və UEFA Çempionlar Liqasının oyununu canlı izləyin!” adlı kampaniyası çərçivəsində stimullaşdırıcı lotereyada iştirak etmək imkanı qazanıblar.
TuranBank-dan UEFA Çempionlar Liqası oyununu canlı izləmək şansı

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

TuranBank-ın Maestro və MasterCard kartlarının sahibləri 2013-cü ilin 1-31 oktyabr tarixləri aralığında MasterCard tərəfindən keçirilən "MasterCard-la alış-veriş edin, övladınız üçün qiymətsiz maskot təcrübəsi qazanın və UEFA Çempionlar Liqasının oyununu canlı izləyin!" adlı kampaniyası çərçivəsində stimullaşdırıcı lotereyada iştirak etmək imkanı qazanıblar.

Bankdan Trend-ə verilən məlumata görə, qaliblər 10 dekabr tarixində UEFA Çempionlar Liqası çərçivəsində İstanbulda keçiriləcək "Qalatasaray" - "Yuventus" oyununda uşaqlarının ulduz futbolçularla sıra düzülüşünə çıxmasını və oyunu canlı izləyəcəklər.

Lotereyada iştirak etmək üçün aksiya ərzində TuranBank-ın buraxdığı istənilən MasterCard və ya Maestro kartları vasitəsilə yerli və beynəlxalq alış-veriş zamanı POS terminallar və ya internetdən (elektron ticarət) istifadə etməklə ödənişlər həyata keçirmək lazımdır.

Lotereyanın uduş fondu ümumilikdə 3 ədəd 2 nəfərlik hədiyyə paketindən ibarətdir. Hər hədiyyə paketinə UEFA Çempionlar Liqasının 10 dekabr 2013-cü ildə Türkiyədə keçiriləcək oyununa 2 ədəd dəvətnamə, 1 gecəlik 2 nəfərlik otaq və 2 nəfərlik Bakı-İstanbul-Bakı aviabileti daxildir. Qalib olan şəxsi futbol oyununda 7-9 yaşlı, boyu 110-130 sm. olan uşağı müşayiət etməlidir. Məhz həmin uşaq futbolçunun yanında oyundan əvvəl stadiona çıxacaq.

TuranBank müştərilərə öz rəqabətqabiliyyətliliyi ilə seçilən beynəlxalq statuslu MasterCard plastik kartları təklif edir. Bankın MasterCard məhsul çeşidləri vasitəsilə istər ölkə daxilində, xaricdə, istərsə də internetdə nağdsız ödənişlər etməklə yanaşı, SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda, bank müştərilərə əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq, müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

TuranBank-ın buraxdığı plastik kartlar haqqında daha ətraflı məlumatı bankın rəsmi internet səhifəsindən əldə etmək olar: http://turanbank.az/?%2Faz%2Fcontent%2F392%2F

Bank müştərilərə əlverişli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə, avtomobil və ipoteka kreditləri, eyni zamanda, "Sirlər Xəzinəsi" kampaniyası çərçivəsində yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Hazırda bank öz müştərilərinə Western Union, Xpress Money, Contact, Migom, Zolotaya Karona, Privatmoney, Allure, Blizko, IBA-Express və Monex kimi geniş çeşidli təcili pulköçürmə sistemləri üzrə xidmət göstərir.

Bankın 14 xidmət nöqtəsi (onlardan 7-si regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatalada, Xaçmaz və Qazaxda olmaqla) və 20 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

TuranBank-ın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti