...

Mari El Respublikasının şirkətləri azərbaycanlı sahibklarları əməkdaşlığa dəvət edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2013 15:50 (UTC +04:00)
Mari El Respublikasının şirkətləri Azərbaycan sahibkarları ilə əməkdaşlıq yaratmaq istəyir və adıçəkilən regionunun investisiya layihələrini təqdim edir.
Mari El Respublikasının şirkətləri azərbaycanlı sahibklarları əməkdaşlığa dəvət edir

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir E.Əliyev/

Rusiya Federasiyasının Mari El Respublikasının şirkətləri Azərbaycan sahibkarları ilə əməkdaşlıq yaratmaq istəyir və adıçəkilən regionunun investisiya layihələrini təqdim edir.

Trend Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir ki, əməkdaşlıq yaratmaq istəyən şirkətlər kimya sənayesi, yüngül sənaye, elektrik avadanlıqlar, tikinti və məişət texnikası, kənd təsərrüfatı, qida sənayesi və nəqliyyat sənayesi sahələrində fəaliyyət göstərirlər.

Ətraflı məlumat üçün Fondun saytına və Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinə müraciət etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti