Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir E.Əliyev/
2013-cü ilin sentyabr ayında dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə "Paşa Kapital" MMC başçılıq edib. Şirkət ümumi dəyəri 45,52 milyon manat olan broker xidmətləri göstərib. Bu barədə Trend-ə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
İkinci yeri ümumi həcmi 39,69 milyon manat olan broker xidmətləri göstərmiş "Unicapital" MMC tutub.
Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 28,43 milyon manatla "Çelsi Kapital" MMC qərarlaşıb.
2013-cü ilin sentyabr ayında qiymətli kağızlar bazarında göstərilmiş xidmətlərin həcmi üzrə brokerlərin renkinqi:
Xidmətlərin həcminə görə cari yeri |
Brokerlər |
Broker xidmətlərinin məbləği (AZN) |
1 |
Paşa Kapital |
45 515 249.60 |
2 |
Unicapital |
39 690 780.69 |
3 |
Çelsi Kapital |
28 428 403.40 |
4 |
Texnika Kapital Menecment |
16 080 603.80 |
5 |
BoB Broker |
9 991 250.00 |
6 |
Standard Kapital |
6 994 718.32 |
7 |
Brokdil-Az |
4 843 222.67 |
8 |
ADB-Broker |
20 584.50 |