...

Sentyabrda Azərbaycanda 3,5 mindən artıq vergi qanunvericiliyinin pozulması faktı aşkarlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2013 13:54 (UTC +04:00)
2013-cü ilin sentyabr ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergiödəyicilərin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 3562 vergiödəyicidə qanunvericiliyin pozulması faktları aşkar edilib.
Sentyabrda Azərbaycanda 3,5 mindən artıq vergi qanunvericiliyinin pozulması faktı aşkarlanıb

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir E. Əliyev/

2013-cü ilin sentyabr ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergiödəyicilərin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 3562 vergiödəyicidə qanunvericiliyin pozulması faktları aşkar edilib.

Bu barədə Trend Vergilər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.

2218 vergiödəyici tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 451 vergiödəyici tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 194 vergiödəyicinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 285 vergiödəyicinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.

Operativ nəzarət tədbirləri zamanı 296 vergiödəyici tərəfindən 614 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 120 vergiödəyici tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 18 vergiödəyicidə aksiz markaları ilə müvafiq qaydada markalanmamış 507 ədəd mal olduğu aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti