...

Aydın Əliyev: Azərbaycan İranla sərhəddə gömrük məntəqəsinin bərpasında maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2013 14:32 (UTC +04:00)
Azərbaycan İranla sərhəddə "Xudafərin" gömrük-buraxılış məntəqəsinin bərpa edilməsində maraqlıdır.
Aydın Əliyev: Azərbaycan İranla sərhəddə gömrük məntəqəsinin bərpasında maraqlıdır

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir E. Əliyev/

Azərbaycan İranla sərhəddə "Xudafərin" gömrük-buraxılış məntəqəsinin bərpa edilməsində maraqlıdır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev yeni sərhədyanı gömrük postlarının açılması perspektivləri haqqında sualı şərh edərkən bildirib:

"Biz bu məntəqənin bərpa edilməsinin tərəfdarıyıq. Azərbaycan bu ideyanın təşəbbüskarıdır. Hazırda hər hansı nəticədən danışmaq tezdir, danışıqlar aparılır. Bu məsələnin həll edilməsi üçün iki ölkənin razılığı olmalıdır".

O əlavə edib ki, Azərbaycan gömrüyü diqqəti mövcud gömrük məntəqələrinin modernləşdirilməsinə yönəldib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti