...

DSMF: Gələn il dövlət büdcəsindən pensiyaların ödənişi üçün transfertlər azalacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2013 13:46 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2014-cü ildə büdcədənkənar təşkilatlardan daxilolmaların artımını proqnozlaşdırır.
DSMF: Gələn il dövlət büdcəsindən pensiyaların ödənişi üçün transfertlər azalacaq

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir E.Əliyev/

Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2014-cü ildə büdcədənkənar təşkilatlardan daxilolmaların artımını proqnozlaşdırır. Trend-in məlumatına görə, bunu bazar ertəsi DSMF-nin sədr müavini Elman Mehdiyev Milli Məclisin 5 komitəsinin (İqtisadi, Sosial, Aqrar siyasət, Təhlükəsizlik məsələləri, Təbii resurslar, enerji və ekologiya məsələləri komitələri) geniştərkibli iclasında 2014-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, gələn il üçün DSMF-nin gəlirləri ümumilikdə 2,928 milyard manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ilin müvafiq göstəricisini 11,2 faiz üstələyir.

E.Mehdiyev bildirib ki, gələn il dövlət büdcəsindən DSMF-nin büdcəsinə transfetlərin həcminin azaldılması planlaşdırılır: "DSMF-nin ümumi gəlirlər strukturunda dövlət büdcəsindən transfertlərin xüsusi çəkisi 38,9 faiz təşkil edir ki, bu da 2013-cü ilin göstəricisindən 2 faiz aşağıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti