...

Azərbaycanda adambaşına düşən qeyri-neft məhsullarının ixracı 14 dollar artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2013 04:00 (UTC +04:00)
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 144 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 97 ölkəyə əmtəə ixrac olunub, 137 ölkədən idxal olunub.
Azərbaycanda adambaşına düşən qeyri-neft məhsullarının ixracı 14 dollar artıb

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 144 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 97 ölkəyə əmtəə ixrac olunub, 137 ölkədən idxal olunub. Xarici ticarət dövriyyəsi iştirakçılarının 28-i Amerika, 49-u Avropa, 38-i Asiya və s. ölkələridir.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, doqquz ay ərzində xarici ticarət dövriyyəsi, statistik məlumatlara əsasən, 32,7 milyard ABŞ dolları təşkil edib və 2012-ci ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artıb. Dövriyyənin 8,1 milyard dolları idxalın, 24,6 milyard dolları ixracın payına düşüb, nəticədə 16,5 milyard dollarlıq müsbət saldo yaranıb.

Ticarət əlaqələrinin 11,1 faizi MDB üzv-iştirakçı dövlətləri ilə, 42,6 faizi Avropa İttifaqı ölkələri ilə, qalan 46,3 faizi isə digər dövlətlərlə qurulub.

İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 13,0 faiz artaraq 1,3 milyard dollar təşkil edib. Adambaşına düşən qeyri-neft məhsullarının ixracı 14,2 dollar artaraq 135,8 dollara bərabər olub.

Xəbər lenti

Xəbər lenti