...

“Akkord” Korporasiyası ikinci dəfə korporativ istiqrazlar buraxıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2013 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

"Akkord" Korporasiyası ikinci dəfə korporativ istiqrazların emissiyasını həyata keçirib. İstiqrazların buraxılışı 4 noyabr 2013-cü il tarixdə AZ2002008210 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alınıb.

Trend-ə daxil olan məlumata görə, emissiya edilmiş hər bir istiqrazın nominal dəyəri 1.000 (bir min) manat, buraxılmış bütün istiqrazların məcmu nominal dəyəri 50.000.000 (əlli milyon) manat, gəlirlik dərəcəsi isə 11,75 faiz təşkil edir. Cəmi 50.000 (əlli min) ədəd korporativ istiqraz buraxılıb.

Yerləşdirilməsi kütləvi təklif üsulu ilə həyata keçiriləcək istiqrazların dövriyyə müddəti 3 il təşkil edir. "Akkord" Korporasiyasının buraxdığı istiqrazların satışının təşkil edilməsi məqsədilə market meyker qismində "Azərbaycan Beynəlxalq Bankı" ASC çıxış edir.

Xatırlatmaq istəyirik ki, "Akkord" Korporasiyası 2010-cu ildə ilk dəfə emissiya etdiyi məcmu nominal dəyəri 50.000.000 (əlli milyon) manat təşkil edən istiqrazların dəyərini 7 noyabr 2013-cü il tarixdə tam ödəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti