Azərbaycan, Bakı, 15 noyabr /Trend/
Dekabrın 4-5-də Türkiyənin İstanbul şəhərində Xəzər Strateji İnstitutunun növbəti forumu keçiriləcək. Bu barədə Trend-ə Xəzər Strateji İnstitutunun baş katibi Haldun Yavaş bildirib.
Onun sözlərinə görə, bu toplantı "Xəzər Forumu" adı altında keçirilən üçüncü forumdur və bundan əvvəlki forum sentyabrda Nyu-Yorkda keçirilib.
H.Yavaş onu da bildirib ki, foruma bir çox ölkə rəsmilərinin qatılacağı gözlənilir: "Forumun əsas mövzularından biri Xəzər hövzəsinin enerji potensialı məsələsi olacaq".
Onun sözlərinə görə, regionun potensialı enerji və nəqliyyat sahəsindəki beynəlxalq sərmayəçilərin regiona daha çox maraq göstərməsinə səbəb olub.
H.Yavaş qeyd edib ki, bölgənin yaxından tanıdılması həm bölgə ölkələri, həm də digər ölkələr üçün faydalı nəticələr doğuracaq.