...

"Bank of Baku" il ərzində 30 mindən çox "Box’ça" məhsulu satıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2013 20:58 (UTC +04:00)
Ötən ilin sonunda dövriyyəyə buraxılan vaxtdan etibarən 30 min ədəddən artıq "Box'ça" istehlakçılar tərəfindən əldə edilib.
"Bank of Baku" il ərzində 30 mindən çox "Box’ça" məhsulu satıb

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Ötən ilin sonunda dövriyyəyə buraxılan vaxtdan etibarən 30 min ədəddən artıq "Box'ça" istehlakçılar tərəfindən əldə edilib.

"Bank of Baku"dan Trend ə verilən məlumata görə, "Box'ça"larda "Bolkart MasterCard" kredit kartı və nağd pul krediti imkanı verən kredit kartları yerləşdirilib.

Hazırda Bakının 80-ə yaxın supermarket və ticarət subyektində (http://www.bankofbaku.com/az/araissiz-kreditler/boxca-project.html) müştərilər "Bank of Baku"nun "Box'ça" məhsulunu əldə edə bilərlər.

Xatırladaq ki, yaşı 20-dən az olmayan hər bir Azərbaycan vətəndaşı cəmi 1 manat ödəməklə (ticarət subyektindən asılı olaraq bəzi hallarda pulsuz) "Box'ça" adlı xüsusi qutu ala bilər. "Box'ça"nı əldə etmiş şəxslər kartları aktivləşdirmək üçün onlara təqdim edilmiş siyahıda göstərilən bankın filiallarına müraciət etməlidirlər. Kartların aktivləşdirilməsi üçün tələb olunan sənəd yalnız şəxsiyyət vəsiqəsidir.

"Box'ça" qutusunu təqdim edən şəxs "Həzi Aslanov", "Babək", "Bakıxanov", "Azneft" və "Mərkəz" filiallarında növbəsiz xidmət hüququ əldə edir.

Xatırladaq ki, "Box'ça" layihəsi çərçivəsində verilən "Bolkart"la marketlərdə, eyni zamanda, şəhərimizin tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası və mebel mağazalarında, habelə restoran və digər ticarət obyektlərində alış-veriş etmək mümkündür. Bu kartla alış-veriş edib haqqını 1, 3, 6 və ya 12 ay müddətinə bərabər hissələrlə banka ödəmək mümkündür. Artıq 166 mindən çox vətəndaş gündəlik ehtiyaclarını ödəmək üçün "Bolkart"dan istifadə edir.

"Box'ça" müştəriyə 13 ay müddətinə ayda 100 manat ödənişlə 1000 manatlıq pul krediti təqdim edir. Krediti vaxtında ödəmiş bütün müştərilər sonuncu ay 100 manatlıq ödəniş etməkdən azad edilir.

Daha ətraflı: http://www.bankofbaku.com/az/araissiz-kreditler/boxca-project.html

Məqalədə:
Xəbər lenti

Xəbər lenti