...

Türkiyə və Rusiya birgə avtomobil istehsalına başlayacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2013 17:27 (UTC +04:00)
Rusiya və Türkiyə birgə avtomobil istehsalına başlamaq niyyətindədir.
Türkiyə və Rusiya birgə avtomobil istehsalına başlayacaqlar

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir E.İsmayılov/

Rusiya və Türkiyə birgə avtomobil istehsalına başlamaq niyyətindədir. Trend-in məlumatına görə, bunu Sankt-Peterburqda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi birgə mətbuat konfransında deyib.

Qeyd edək ki, daha əvvəl Türkiyənin elm, sənaye və texnologiyalar naziri Nihat Ergün bəyan etmişdi ki, Türkiyədə yerli avtomobil istehsalını stimullaşdırmaq üçün tədbirlər paketi hazırlanacaq.

Türkiyə avtomobil istehsalına görə Avropada altıncı yeri tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti