...

Sığorta agentlərinin problemləri Bakıda keçiriləcək forumda müzakirə olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2013 17:10 (UTC +04:00)
Dekabrın 11-də Bakıda Sığorta Agentlərinin II Milli Forumu keçiriləcək. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbəri Orxan Bayramov deyib.
Sığorta agentlərinin problemləri Bakıda keçiriləcək forumda müzakirə olunacaq

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir A.Axundov/

Dekabrın 11-də Bakıda Sığorta Agentlərinin II Milli Forumu keçiriləcək. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbəri Orxan Bayramov deyib.

Onun sözlərinə görə, forum Maliyyə Nazirliyinin dəstəyi ilə ASA tərəfindən təşkil ediləcək.

Forumda 200-250 sığorta agenti iştirak edəcək ki, bu da ölkədə sığorta agentlərinin ümumi sayının təqribən 30 faizini təşkil edir. Bundan başqa, forumda ASA, Maliyyə Nazirliyi, İcbari Sığorta Bürosu, ölkənin sığorta şirkətlərinin nümayəndələri iştirak edəcəklər.

O.Bayramov qeyd edib ki, hazırda Azərbaycanın sığorta bazarında fiziki şəxslərə məhsulların satışı sürətlə artır, riteylin artması ilə isə agentlərin sayı çoxalır ki, bu da adıçəkilən forumun keçirilməsini aktuallaşdırır.

Forumda qanunvericiliyə dəyişikliklər müzakirə ediləcək. Dəyişikliklərə əsasən, agentlər hazırda lisenziyanı 3 il müddətinə alırlar (əvvəllər isə bu, müddətsiz olub). Forumda, həmçinin onların peşəkarlıq səviyyəsinin artırılması, yeni satış kanalları və s. müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti