...

Assosiasiya: Azərbaycanda avtoregistratorların tətbiqi sığorta hallarının araşdırılmasını sürətləndirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2013 18:00 (UTC +04:00)
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) sığorta hadisələrinin araşdırılmasını sürətləndirmək üçün ölkənin sığorta şirkətlərinə avtomobil videoregistratorlarının tətbiqini genişləndirməyi tövsiyə edir.
Assosiasiya: Azərbaycanda avtoregistratorların tətbiqi sığorta hallarının araşdırılmasını sürətləndirəcək

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir A. Axundov/

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) sığorta hadisələrinin araşdırılmasını sürətləndirmək üçün ölkənin sığorta şirkətlərinə avtomobil videoregistratorlarının tətbiqini genişləndirməyi tövsiyə edir. Bunu çərşənbə günü Trend-ə ASA-nın sədri Orxan Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycanda avtoregistratorlardan istifadə hələ geniş yayılmayıb: "Bizdən fərqli olaraq Rusiyada onlardan hər gün istifadə olunur. Məsələn, Kazanda təyyarənin qəzaya uğrmasının və ya Çelyabinskdə meteoritin düşməsinin görüntüləri olduğu populyar videokadrlar avtoregistratorlar vasitəsilə çəkilib".

O.Bayramov qeyd edib ki, könüllü sığortanı, xüsusilə KASKO-nu əhali üçün cəlbedici etmək məqsədilə proseduru maksimum sadələşdirmək lazımdır: "Bu, yol-nəqliyyat hadisəsi iştirakçılarına və sığorta müfəttişinə polisin qərarını gözləmədən vəziyyətdən çıxış yolu tapmağa kömək edir. Halbuki polisin qərarı 3 və daha artıq günə verilir".

Onun sözlərinə görə, sığorta olunanlar çox vaxt şikayət edirlər ki, yol qəzalarından sonra avtomobilini hadisə yerindən başqa yerə aparmağa icazə verilmir: "Çünki polis və sığorta ekspertləri avtomobilə baxmalıdırlar. Avtoregistratorların quraşdırılması bu məsələni həllinə kömək edə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti