...

Bakıda sahibkarlar üçün treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2013 17:48 (UTC +04:00)
Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə sahibkarlar və gənc menecerlər üçün “Korporativ idarəetmə”, “Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq keçirilib.
Bakıda sahibkarlar üçün treninq keçirilib

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə sahibkarlar və gənc menecerlər üçün "Korporativ idarəetmə", "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə iştirakçılara Azərbaycan Respublikasının korporativ idarəetmə standartları, korporativ idarəetmənin mahiyyəti, məzmunu, prinsip və metodları, korporativ idarəetmənin şəffaflığın artırılmasında rolu, Müşahidə Şurasının və səhmdarların hüquq və vəzifələri, onlar arasında qarşılıqlı münasibətlərin yaradılması qaydaları və s. barədə ətraflı məlumat verilib.

Tədbirdə, həmçinin Avropa İttifaqına ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, ixrac bazarlarının təsnifatı və strukturu, güzəştli ixrac şərtləri, ixracın stimullaşdırılması və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb, "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları" mövzusunda təqdimat keçirilib.

Bununla yanaşı, tədbir iştirakçılarına İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən "İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi" və s. barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti