Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir E.Əliyev/
2013-cü ilin dekabr ayında dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə "Paşa Kapital" MMC başçılıq edib. Şirkət ümumi dəyəri 138,61 milyon manat olan broker xidmətləri göstərib. Bu barədə çərşənbə günü Trend-ə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
İkinci yeri ümumi həcmi 89,77 milyon manat olan broker xidmətləri göstərmiş "Xalq Kapital" MMC tutub.
Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 54,65 milyon manatla "Çelsi Kapital" MMC qərarlaşıb.
2013-cü ilin dekabr ayında qiymətli kağızlar bazarında göstərilmiş xidmətlərin həcmi üzrə brokerlərin renkinqi:
Xidmətlərin həcminə görə cari yeri |
Brokerlər |
Broker xidmətlərinin məbləği (AZN) |
1 |
"Paşa Kapital" MMC |
138 608 778,07 |
2 |
"Xalq Kapital" MMC |
89 772 783,68 |
3 |
"Çelsi Kapital" MMC |
54 653 826.10 |
4 |
"İnterneyşnl Tranzakşn Sistem" MMC |
46 334 788,00 |
5 |
"Brokdil-Az" MMC |
30 002 260,00 |
6 |
"Unicapital" ASC |
28 602 937,78 |
7 |
"Texnika Kapital Menecment" MMC |
22 735 094,13 |
8 |
"Standard Kapital" MMC |
19 207 447,46 |