Azərbaycan, Bakı, 24 yanvar /Trend/
İndi hansı bankdan kredit almaq haqqında qərar verməzdən öncə Sizi maraqlandıran bütün təklifləri Bank Respublika-nın saytında müqayisə edib ən faydalı kredit məhsulu barədə məlumat ala bilərsiniz.
Bankdan Trend-ə verilən məlumata görə, yeni "Müqayisəvi kredit kalkulyatoru" əsas kredit parametrləri üzrə 4 növ kredit məhsulunu müqayisə etməyə imkan verir: məbləğ, faiz dərəcəsi, komissiya, müddət və s. İstifadəçi seçdiyi kreditlərin hər biri üzrə yekun xərcləri, aylıq ödənişi, faktiki faiz dərəcəsi barədə məlumat ala bilər.
Kredit məhsulu üzrə qərar verməzdən öncə Bank Respublika istehlakçılara faktiki faiz dərəcəsini mövcud olan digər təkliflərlə müqayisə etmələrini və kredit şərtləri ilə ətarflı tanış olmalarını tövsiyə edir.
Yeni xidmətlə bu linklə ətraflı tanış olmaq olar: http://www.bankrespublika.az/az/individual-clients/fifdcompare/