...

Aydın Əliyev: Azərbaycan gömrüyü qarşıya qoyulan bütün tapşırıqları uğurla icra edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2014 17:58 (UTC +04:00)
2013-cü il Azərbaycan üçün uğurlu oldu və ölkənin əldə etdiyi uğurlar fonunda Azərbaycan gömrüyünün qarşıya qoyulan bütün tapşırıqları uğurla icra etməsi mühüm əhəmiyyət kəsb edir.
Aydın Əliyev: Azərbaycan gömrüyü qarşıya qoyulan bütün tapşırıqları uğurla icra edib

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir E.Əliyev/

2013-cü il Azərbaycan üçün uğurlu oldu və ölkənin əldə etdiyi uğurlar fonunda Azərbaycan gömrüyünün qarşıya qoyulan bütün tapşırıqları uğurla icra etməsi mühüm əhəmiyyət kəsb edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Komitənin 2013-cü ildə fəaliyyət yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş geniş kollegiya iclasında deyib.

2014-cü ildə DGK qarşısında qoyulan vəzifələrə toxunan A.Əliyev əminliklə bildirib ki, bu tapşırıqların hamısına uğurla nail olunacaq: "Bu, prioritet vəzifələrin icrasına, eləcə də dövlət büdcəsinə ödənişlər üzrə proqnoz məsələsinə aiddir. Avro-4 ekoloji standartının tətbiq edilməsi proqnozların icrasına təsir etməyəcək, çünki idxalı qadağan ediləcək Avro-2 standartlı avtomobillər Avro-4 standartlı maşınlardan daha ucuzdur. Tarazlaşdırılmış vergi siyasəti bu vəzifələrin icrasına öz töhfəsini verəcək".

Komitənin uğurlarından danışan A.Əliyev Azərbaycanın Ümumdünya Gömrük Təşkilatı sədrinin Avropa regionu üzrə müavini seçilməsini qeyd edib.

Bundan başqa, iclas zamanı DGK sədri cari vəzifələrin icrası, nizam-intizamın artırılması və digər məsələlər üzrə tapşırıqlar verib.

İclasın sonunda isə kollegiya iclasının iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti